AZ

Paşinyan Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini izah edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini izah edib.

Missiya.Az "Sputniknews"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli bir hadisə baş verdikdə, ölkə bununla bağlı mövqeyini bildirməyə borcludur. Əgər bu mövqe müsbətdirsə, açıq şəkildə ifadə edilməlidir.

“Mən müşahidə etmişəm ki, biz baş verənlərin qavranılmasını həddindən artıq mürəkkəbləşdirməyə meylliyik. Məsələn, niyə bu mikrofon mavi, o biri isə qırmızıdır, niyə sarı əvəzinə qaradır və sonra buna əsasən geosiyasi nəticələr çıxarılır”, - deyə Paşinyan bildirib.Baş nazir son zamanlar atılan bir sıra konkret addımları xatırladarkən əvvəlcə Qazaxıstan, daha sonra isə Rusiya üçün buğda idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistandan dəmir yolu nəqliyyatına qoyulan məhdudiyyətlərin olmaması kimi məsələlərə toxunub."Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə dolu qatar gəlib və mallar artıq bazarda mövcuddur", - o qeyd edib.

Paşinyan vurğulayıb ki, bu cür hadisələrə münasibətini açıq şəkildə bildirməyin düzgün olduğuna inanır və bunu müxtəlif məkanlarda qəsdən edir ki, Ermənistanın mövqeyi aydın şəkildə bildirilsin.

O, həmçinin gələcəkdə Ermənistandan da Azərbaycana mal ixracına hazır olduqlarını deyib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
45
1
missiya.az

3Mənbələr