AZ

Qorbaçovun köməkçisi olmuş Boris Slavini avtomobil vurub

SSRİnin sonuncu prezidenti Mixail Qorbaçovun keçmiş müşaviri və keçmiş köməkçisi Boris Slavini avtomobil vurub.

AzPost RİA-Novosti-yə istinadən bildirir ki, hadisə çərşənbə axşamı baş verib, Boris Slavin reanimasiyadadır. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

“Onun ümumi vəziyyəti orta ağırdır və o, özü müstəqil nəfəs alır”, – deyə mənbə bildirib.

Qorbaçovun keçmiş köməkçisi 24 dekabr saat 17:00 radələrində Bolşaya Qruzinskaya küçəsində “Mercedes” tərəfindən vurulub. Avtomobili saatda 15-20 kilometr sürətlə hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, piyada qəfildən park edilmiş avtomobillərin arxasından çıxıb.

Zərbə Mixail Qorbaçovun keçmiş köməkçisi 84 yaşlı Boris Slavinin yolda yıxılmasına səbəb olub.

Sovet və Rusiya politoloqu, jurnalist və publisist Boris Slavin 26 yanvar 1941-ci ildə Stalinqradda anadan olub. O, 2000-ci ildən Mixail Qorbaçovun köməkçisi və həmmüəllifi vəzifəsində çalışıb.

AzPost.az

Seçilən
9
1
azpost.info

2Mənbələr