2025-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 161 422 müraciət daxil olub.
Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 050 müraciət daxil olub.33 471 sənəd (vətəndaşlar tərəfindən 9 126 ərizə, 5 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 878, digər qurumlardan 2 847, tabelikdə olan təhsil müəssisələrindən 6 365 məktub və 4 772 kadr ərizəsi) daxil olub.