Ağstafa Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə təsnifat turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə yüksək nəticə göstərərək dərəcə qazanan şahmatçılar Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Turnirdə ümumilikdə 86 nəfər şahmatçı iştirak edib.