AZ

Paşinyanın təklifi Putini çətin duruma salıb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin.

Herbiand.az xəbər verir ki, bu fikriləri politoloq Elxan Şahinoğlu bildirib.

“Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryollları Rusiya Dəmiryolları İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib”.

Politoloq hesab ediur ki, Kremlin istənilən cavabı Ermənistan üçün sərfəlidir.

“Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”.

 

 

Seçilən
13
2
herbiand.az

1Mənbələr