AZ

Livan Prezidenti: “Hizbullah”ın silahları dövlətə təhvil veriləcək

“Hizbullah”ın tərksilah edilməsi barədə qərar qəbul olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Aun bəyan edib. Mişel Aun müharibə təhlükəsinin sovuşduğunu və diplomatik danışıqların müsbət irəlilədiyini açıqlayıb.

Məlumata görə, Livan Prezidenti silahlara nəzarətin dövlətə verilməsi, xüsusilə də “Hizbullah” qruplaşmasının tərksilah edilməsi ilə bağlı qərarın artıq qəbul olunduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, bu qərarın icra mexanizmi mövcud şərtlərə və ölkədə müharibə təhlükəsinin azaldılmasına yönəlmiş davam edən danışıqlara uyğun olaraq müəyyənləşdiriləcək.

“Diplomatik danışıqlar davam edir. Hazırkı göstəricilər müsbətdir və biz vəziyyətin əlverişli nəticəyə doğru getdiyini görürük”, – Aun vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, ölkə rəhbərliyi, o cümlədən parlamentin spikeri Nəbih Berri və Baş nazir Salam parlament seçkilərini təyin olunmuş vaxtda – 2026-cı ilin may ayında keçirmək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr