Bakı.Trend:
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatkeçirilib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlıOrxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Land Rover” markalıavtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olanmarixuana aşkarlanıb.
Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərinqanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı EminBayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayevsaxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisindəsatmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davametdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşlarıtərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuzdövriyyədən çıxarılıb.