AZ

Sadettin Saran sərbəst buraxıldı YENİLƏNİB

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Narkotik testinin müsbət nəticə verməsi səbəbilə saxlanılan “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran bu gün azadlığa buraxılıb.

Lent.az-ın məlumatına görə, məhkəməyə gətirilən Sadettin Saran təxminən iki saat müddətində ifadə verib.

Məhkəmənin qərarına əsasən, klub rəhbəri məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qərara görə, o, hər həftə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri müvafiq qurumda qeydiyyatdan keçməlidir.

***

24 dekabr, 21:34

"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində yenidən saxlanılıb.

Lent.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, İstanbul Vilayət Jandarmeriya Komandanlığı əməkdaşları iş üzrə yeni dəlillərin ortaya çıxması səbəbindən Saranı saxlayıblar.

O, narkotik maddənin təmin edilməsi, narkotikdən istifadəni asanlaşdırma və narkotikdən istifadə ittihamları ilə saxlanılıb.

Qeyd edək ki, Saran eyni təhqiqat çərçivəsində bir neçə gün əvvəl saxlanılmış və narkotik testindən keçdikdən sonra sərbəst buraxılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
lent.az

1Mənbələr