ain.az, Olke.az saytına istinadən bildirir.
2025-ci il dünyanın milyarderləri üçün rekordlarla yadda qalıb. Onların ümumi sərvəti 22 dekabr tarixinə 18,7 trilyon dollara çatıb.
Ölkə.az xəbər verir ki, Forbes-in araşdırmasına görə, bütün sərvət sahibləri bu yüksəlişdən faydalana bilməyib. 2024-cü ilin sonunda mövcud olan 2 700-dən çox milyarderin təxminən dörddə biri bu il daha da kasıblaşıb. Onlardan 85 nəfəri isə artıq milyarder statusunu belə itirib.
Ən dramatik itki Fransadan olan Hermes varisi Nikolya Pueche məxsusdur. O, 2024-cü ilin sonunda 14,8 milyard dollar sərvətə malik idi. Hazırda isə milyarderlər siyahısından tamamilə çıxarılıb. Səbəb onun iddiasına görə, şəxsi məsləhətçisi Hermes səhmlərini onun xəbəri olmadan satıb. Lakin LVMH və Bernard Arnault bu iddianı rədd edir.
Ümumilikdə 2025-ci ildə 660-dan çox milyarder (və keçmiş milyarder) sərvət itkisi ilə üzləşib. Ən çox itkilər ABŞ-da qeydə alınıb - 186 nəfər. Növbəti yerdə Hindistan (109) və Çin (91) gəlir.(Valyuta.az)
Ad
Sərvət 2025 (mlrd.$)
İllik dəyişmə (mlrd.$)
Sərvət mənbəyi
Ölkə
Willis Johnson
2.3
-1.0
Zədələnmiş avtomobillərin onlayn satışıları (Copart)
ABŞ
Joe Shoen
3.3
-1.1
U-Haul
ABŞ
Mark Shoen
3.9
-1.2
U-Haul
ABŞ
Andrew Bialecki
2.9
-1.2
Klaviyo (marketinq proqram təminatı)
ABŞ
Albert, James və Dorothy Chao (hər biri)
2.8
-1.3
Westlake – kimya və plastik
ABŞ
Joe Mansueto
5.3
-1.7
Morningstar – investisiya araşdırmaları
ABŞ
Thomas Hagen
5.6
-2.1
Erie Insurance
ABŞ
Michael Saylor
5.2
-2.4
Kriptovalyuta / MicroStrategy
ABŞ
Scott Farquhar
11.2
-3.6
Atlassian – proqram təminatı
Avstraliya
Mike Cannon-Brookes
11.6
-3.7
Atlassian – proqram təminatı
Avstraliya
Manuel Villar
4.8
-13.5
Daşınmaz əmlak (Vista Land)
Filippin
25.12.2025
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.