AZ

Ağ Ev Venesuela neftinə qarşı “karantin” elan edib Tramp Maduroya qarşı ən təsirli yolu seçib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağ Ev ABŞ Silahlı Qüvvələrinə qarşıdakı ən azı iki ay ərzində Venesuela neftinin ixracının qarşısının alınmasına yönəlmiş “karantin” tədbirlərinə fokuslanmaq göstərişi verib.

“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Karakasa qarşı birbaşa hərbi müdaxilə deyil, iqtisadi təzyiq strategiyasına üstünlük verdiyini göstərir. Adı açıqlanmayan amerikalı rəsmi bildirib ki, məqsəd Venesuela iqtisadiyyatını əsas gəlir mənbəyindən məhrum etməklə hökuməti güzəştlərə məcbur etməkdir.

“Reuters”in mənbəsi əlavə edib ki, görülən tədbirlər Nikolаs Maduro hökumətinə çox ciddi təzyiq göstərir və əgər Karakas mövqeyini dəyişməsə, yanvarın sonuna qədər ölkə iqtisadi fəlakətlə üz-üzə qala bilər.

Agentlik diqqətə çatdırır ki, Ağ Ev nümayəndəsinin işlətdiyi “karantin” termini təsadüfi deyil. Bu ifadə 1962-ci il Karib böhranı dövründə ABŞ prezidenti Con Kennedinin administrasiyası tərəfindən istifadə olunan terminologiyanı xatırladır. Həmin vaxt Vaşinqton açıq şəkildə müharibə elan etmədən SSRİ-yə təzyiq göstərməyə çalışırdı.

Məlumata görə, dekabr ayında ABŞ Sahil Mühafizəsi Venesuela nefti daşıyan iki tankeri saxlayıb və hazırda üçüncü gəminin ələ keçirilməsinə hazırlaşır. Tramp administrasiyası Karakası qanunsuz narkotik dövriyyəsində ittiham edir və Venesuela neftindən əldə olunan gəlirlərin “qanunsuz rejimin dəstəklənməsi” üçün istifadə edildiyini iddia edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
azpolitika.info

1Mənbələr