AZ

"Fənərbağça"nın prezidenti sərbəst buraxıldı

Türkiyədə aparılan istintaq çərçivəsində ötən gün gözaltına alınan "Fənərbağça" klubunun prezidenti Sadettin Saran məhkəməyə çıxarılıb. 

Fanat.Az "TRT Haber"-ə istinadən xəbər verir ki, klub başkanı Çağlayandakı İstanbul Ədliyyəsində ifadə verdikdən sonra hakim qarşısına çıxarılıb. 

O, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Qeyd edək ki, Saran narkotik maddə ilə bağlı ittihamlar üzrə dünən axşam saxlanılmışdı.

Seçilən
10
fanat.az

1Mənbələr