AZ

Xətai rayonunda qanunsuz tikintilərə kim icazə verir?- İcra hakimiyyəti susur -VİDEO

Bakının mərkəzində, xüsusilə Xətai rayonunda tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi narahatlıq mövcuddur. Rayon ərazisində həyata keçirilən bəzi tikintilər qanunvericiliyə uyğun deyil və bu işlər zamanı tikinti normalarına əməl olunmadığı müşahidə edilir.

Maraqlıdır ki, Xətai rayonunda aparılan bu tikinti işləri ilə bağlı rayon icra hakimiyyəti və səlahiyyətli şəxslərdən heç biri kimin icazə verdiyini açıqlamır. Rayon icra başçısı Rafiq Quliyev və onun komandasında təmsil olunan məmurlar sorğulara cavab vermir, fikir bildirmirlər.

Xətai rayonu, R. Bağırov küçəsində aparılan tikinti işləri isə günün günorta çağı, heç bir tikinti norması gözlənilmədən həyata keçirilir. Görünən odur ki, səlahiyyətli şəxslər bu qanunsuzluqlara göz yummalı vəziyyətə düşüblər.

Bu isə bir sual doğurur: Bakının mərkəzindəki bu tikintilərə kim icazə verir və məsuliyyət daşıyan orqanlar niyə susur?

Maraqlıdır ki, belə halların davam etməsi şəhər sakinlərinin narazılığına səbəb olur və qanunsuz tikintilərin qarşısının alınması üçün ciddi tədbirlər tələb olunur.

Seçilən
33
veteninfo.az

1Mənbələr