AZ

“Anam hələ bir müddət müalicə almalı olacaq” - Özcan Dəniz

Məşhur müğənni Özcan Dənizin anası Kadriye Dəniz xərçəng müalicəsi çərçivəsində hələ də kimyaterapiya alır.

News365.az xəbər verir ki, bu barədə məlumat verən oğlu, xəstəxanadan çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq izləyicilərinə təşəkkür edib.

Özcan Dəniz yazıb:

Ən xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm. Təəssüf ki, anam bir müddət daha müalicəsini davam etdirməlidir. Amma ümidimizi itirmədən yolumuza davam edirik.”

O, həmçinin qeyd edib:
Sessiyamız yenicə başa çatdı. Dualarınızı gözləyirəm. Bu mübarizədə olan hər kəs üçün Allahdan şəfa diləyirəm. Sağlamlıq hər şeydən önəmlidir, sağlam qalın.”

Qeyd edək ki, son zamanlar Özcan Dəniz sənət fəaliyyətindən çox şəxsi həyatı ilə gündəmə gəlir. Məlumata görə, hazırda o, qardaşı Ercan Dənizlə ailəvi problemlər yaşayır.

Seçilən
30
news365.az

1Mənbələr