AZ

Təhsil İdarəsinə 161 min müraciət daxil olub

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 161 422 müraciət daxil olub. 

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub.

Bildirilir ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 94 323 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 050 müraciət daxil olub.33 471 sənəd (vətəndaşlar tərəfindən 9 126 ərizə, 5 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 878, digər qurumlardan 2 847, tabelikdə olan təhsil müəssisələrindən 6 365 məktub və 4 772 kadr ərizəsi) daxil olub.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
3
cebheinfo.az

4Mənbələr