AZ

Yeni il əleyhinə çıxan tanınmış islamçı SAXLANILDI

İordaniyada Yeni il əleyhinə çıxan tanınmış islamçı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Ayman Xəlil əl-Bələvi Türkiyəni nümunə gətirərək bayramı tənqid edib, hakimiyyət iğtişaşdan ehtiyatlanır.

Məlumata görə, İordaniya hakimiyyəti tanınmış islamçı Ayman Xəlil əl-Bələvini saxlayıb. O, xristian təqvimi üzrə Yeni ilin qeyd edilməsinə qarşı açıq şəkildə çıxış edib. Onunla yanaşı, eyni mövqedən çıxış edən daha bir neçə fəal da qısa müddətdə saxlanılıb.

Çıxışında əl-Bələvi Türkiyəni misal gətirib. O bildirib ki, orada bir sıra fəallar Yeni ili Milad bayramı (Rojdestvo) ilə əlaqələndirərək onu tənqid edirlər. O, İordaniyanı da bu nümunəni izləməyə çağırıb.

İordaniya hakimiyyəti bu çağırışları potensial iğtişaş təhlükəsi kimi qiymətləndirərək dərhal qarşısını almağa çalışıb. Buna baxmayaraq, digər fəallar saxlanılanların dərhal azad edilməsini tələb etməyə başlayıblar.

Maraqlıdır ki, keçmişdə yalnız İslam bayramlarına icazə verilən Səudiyyə Ərəbistanında qanunlar və onların tətbiqi tədricən yumşaldılır. Artıq orada küçələrdə Milad və Yeni il rəmzlərinə daha tez-tez rast gəlinir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr