AzVision.az erməni mediasına istinadən xəbər verir ki, qərarın əsaslandırmasında ləğvin Ermənistan parlamentinin oktyabrda qəbul etdiyi “Audiovizual KİV haqqında qanuna dəyişikliklər edilməsi haqqında” qanuna söykəndiyi bildirilir.
Kilsə telekanalı 2026-cı il yanvarın 1-dən yayımını dayandıracaq.
Bundan əlavə, Ermənistan hökuməti ölkənin Torpaq Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Buna əsasən, Erməni Apostol Kilsəsi (EAK) torpaq mülkiyyətini pulsuz almaq hüququndan məhrum edilib.
Ermənistan mətbuatının daha əvvəl yaydığıməlumata görə, bütün ermənilərin katolikosu II Qaregini ölkənin dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirən baş nazir Nikol Paşinyan onun istefasının vacib olduğunu vurğulayıb.
Paşinyan II Qareginin rütbədən məhrum olunduğunu, onun dini taxt-tacı zəbt etdiyini vəsubaylıq andını pozduğunu diqqətə çatdırıb. Ermənistanın baş naziri katolikosdan niyə arvadı və uşaqları olduğu barədə ictimaiyyətə izahat verməsini tələb edib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta