AZ

Yaponiya 2029-cu ilə qədər 1 milyondan çox ixtisaslı xarici işçi qəbul edəcək

Yaponiya hökuməti ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə 2029-cu ilin mart ayına qədər ölkəyə 1 milyon 231 min 900 xarici işçi qəbul etməyi planlaşdırır.

Missiya.Az xəbər verir ki, NHK-nın məlumatına əsasən, plan iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 19 sahə üzrə 805 min 700, ikinci mərhələdə isə əsasən tikinti, sənaye istehsalı və qida sektorları daxil olmaqla 17 sahə üzrə 426 min 200 ixtisaslı işçi cəlb ediləcək.

Bildirilib ki, ikinci mərhələdə qəbul edilən işçilər Yaponiyada üç il müddətində təlim keçəcəklər. Planın yanvar ayında Nazirlər Kabinetinə təqdim olunacağı gözlənilir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr