AZ

Yağışda qəzadan qorunmaq üçün bunu edin: Mütəxəssisdən TÖVSİYƏ

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yol hərəkətində təhlükəsizlik bəzən çox sadə, lakin təsirli addımlardan başlayır.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə xüsusilə yağışlı hava şəraitində və səhər saatlarında avtomobil idarə edərkən diqqət yetirilməli olan vacib məqamlarla bağlı xəbərdarlıq edib. O bildirib ki, yaxın işıqların yandırılması qəzaya düşmək riskini ciddi şəkildə azaldır və sürücünü ətrafdakılara daha görünən edir.

Aqil Rəhimov əlavə edib ki, hətta hava yağışlı olmasa belə səhər saatlarında yaxın işıqları yandırmaq faydalıdır, çünki səhər saatlarında əksər sürücülər yuxulu olur və diqqətsiz hərəkət edə bilirlər. Yaxın işıqlar onların diqqətini cəlb edərək, potensial qəzalardan qoruyur.

O, sürücülərə tövsiyə edib ki, avtomobil idarə edərkən bu sadə, lakin həyati önəmli qaydaya hər zaman əməl etsinlər.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
avtosfer.az

1Mənbələr