AZ

Bakının tarixi forması necə dəyişdi və tıxaclar şəhərinə çevrilmənin tarixi AÇIQLAMA VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda artan nəqliyyat sıxlığı təkcə sürücüləri deyil, ümumilikdə şəhər həyatını narahat edən əsas problemlərdən birinə çevrilib.

Nəqliyyat eksperti Eldəniz Cəfər Avtosfer.az-a bildirib ki, Bakı artıq yalnız paytaxt və ya sənaye şəhəri deyil. Bu gün Bakı eyni zamanda turizm mərkəzi, tələbə şəhəri, gənclərin toplaşdığı əsas məkan, tarixi və mədəni dəyərlərin cəmləşdiyi bir şəhərdir. Lakin bütün bu funksiyaların eyni məkanda toplanması şəhərin yükünü getdikcə artırır.

Eldəniz Cəfər qeyd edib ki, bir vaxtlar Bakı deyəndə ilk ağla gələn anlayış onun tarixi və romantik ruhu idi. Şəhər açıq səma altında muzey təsiri bağışlayırdı. Lakin son illər sürətli urbanizasiya, tikinti, biznes və kommersiya maraqları bu ruhu arxa plana keçirib. 

Sağa dönmə zamanı avtobus zolaqlarında qəzaya düşə bilərsiniz - XƏBƏRDAQLIQ

Onun sözlərinə görə, vaxtilə Bakıda mövcud olan bir çox tarixi binalar artıq mövcud deyil və heç kim zəmanət verə bilməz ki, 20–30 ildən sonra bu gün mərkəzdə qalan tarixi tikililərin hamısı qorunub saxlanılacaq.

Ekspert vurğulayıb ki, biznes və investisiya ilə şəhər idarəçiliyinin kəsişdiyi nöqtədə köhnə dəyərlər sürətlə yeniləri ilə əvəz olunur. Bu isə Bakının tarixi kimliyinə ciddi təsir göstərir. Onun fikrincə, Bakı əvvəlki kimi romantik və tarixi şəhər statusunu yenidən geri qaytarmalıdır. Bunun üçün yanaşma dəyişməlidir: “Bakı yenidən gənclərə, sənətkarlara, yaradıcı insanlara verilməlidir. Şəhərin idarəetmə modeli, paytaxt funksiyası və urbanistik inkişaf konsepsiyası yenidən gündəmə gətirilməli, tarixi irsin qorunması ilə müasir tələblər arasında balans yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, Bakı təkcə iqtisadi və inzibati mərkəz kimi deyil, tarixi-romantik şəhər kimi inkişaf etməlidir. Bu yanaşma həm şəhərin simasının qorunmasına, həm də nəqliyyat sıxlığı kimi problemlərin mərhələli şəkildə azalmasına töhfə verə bilər.

Qeyd edək ki, son dövrlər Bakının gələcək inkişaf modeli, şəhərsalma və nəqliyyat siyasəti ilə bağlı müzakirələr aktuallaşıb və mütəxəssislər bu məsələlərdə daha balanslı qərarların vacibliyini vurğulayırlar.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
avtosfer.az

1Mənbələr