AZ

Əxlaqsızlıq yuvasına gedən rəis işdən çıxarıldı

İngiltərədə həbsxana rəisi vəzifəsindən azad olunub. Rob Kollett adlı zabit fahişəxanaya getdiyi üçün cəzalandırılıb.Metbuat.az xəbər verir ki, yerli media hadisənin təfərrüatını öyrənə bilib. Məlum olub ki, həbsxana rəisi tez-tez şəhərdəki fahişəxanalardan birinin qonağı olurmuş. Bunu təsdiqləyən videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra nazirlik zabitin işinə son verib.Qeyd edək ki, Rob Kollett Lindholme həbsxanasının rəisi olub. O, 2011-ci ildən bu vəzifədə çalışırmış.

Kollettin rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində yoxlamalara başlanılıb. İlkin araşdırma zamanı məhbusların 21 faizinin narkotik istifadəçisi olduğu aşkarlanıb.

Seçilən
69
1
metbuat.az

2Mənbələr