AZ

Trampdan Venesuella ilə bağlı yeni tapşırıq İki aylıq sanksiya

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya təzyiqi artırmaq üçün yeni tədbirlər görüb. 

Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev ABŞ ordusuna Venesuela neftinə iki aylıq sanksiya tətbiq etməyi tapşırıb.

ABŞ rəsmisi deyib: "Hərbi variantlar hələ də mövcud olsa da, diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün əsasən sanksiyalar vasitəsilə iqtisadi təzyiq tətbiq etməyə yönəlib. İndiyə qədər Maduroya böyük təzyiq göstərilib. Yanvar ayının sonuna qədər Venesuela ABŞ-yə əhəmiyyətli güzəştlər etməyə razı olmazsa, iqtisadi fəlakətlə üzləşəcək".

Tramp administrasiyası iddia edir ki, Maduro ölkədə çoxsaylı ölümlərə səbəb olan qanunsuz narkotiklərin tədarükündə əsas rol oynayan şəxslərdən biridir. Maduro isə qanunsuz narkotik ticarəti ilə hər hansı əlaqəsini inkar edir və ABŞ-nin onu devirmək və Latın Amerikasında ABŞ hərbi təsirini genişləndirmək cəhdi olduğunu iddia edir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
azpolitika.info

1Mənbələr