“Araz-Naxçıvan” qışfasiləsində futbolçularından biri ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Qara Qarayevlə müqaviləyə xitam verilib.
33 yaşlı futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, millimizin sabiq yarımmüdafiəçisi ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 9 oyunda meydanda olub.