Polşa Rusiya kəşfiyyat təyyarəsini Baltik dənizi üzərində ölkənin hava məkanı yaxınlığında ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" hesabında məlumat yayıb.
"Bu səhər Baltik dənizinin beynəlxalq suları üzərində Polşa qırıcı təyyarələri Polşa hava məkanının sərhədlərinə yaxın uçan Rusiya kəşfiyyat təyyarəsini ələ keçirib və məsuliyyət zonasından kənara çıxarıb", - açıqlamada bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində Polşa hava məkanının təhlükəsizliyinə heç bir təhdid aşkar edilməyib.