AZ

ADNSU Çinin Fudan Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 25 dekabr, AZƏRTAC

Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fudan Universitetinin Layihə əməkdaşlığı qrupunun rəhbəri Tian Xiaohongun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlarla rektor Rüfət Əzizov arasında keçirilən görüşdə iki universitet arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Tərəflər birgə elmi layihələrin icrası, tələbə və müəllim mübadiləsi, eləcə də innovasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fudan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Seçilən
51
azertag.az

1Mənbələr