AZ

Son iki gündə pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb

Bakı, 25 dekabr, AZƏRTAC

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edənlərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son iki gündə paytaxt və bölgələrdə keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 22 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

 

Seçilən
56
29
azertag.az

10Mənbələr