AZ

Prezident İlham Əliyev öz qüdrətini azadlıqdan məhrum edilənləri bağışlamaqla göstərdi

Bakı, 25 dekabr, AZƏRTAC

“Suvernlik və Konstitusiya İli”ni amnistiya aktı ilə başa vuran Prezident İlham Əliyev humanizm, insanpərvərlik prinsiplərinə daim sadiq qaldığını bir daha nəinki Azərbaycana, eləcə də dünya ictimaiyyətinə nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, hər bir insanın əfv olunmaq haqqı var. Onun təqsiri bağışlandıqda cəmiyyətə daha təkmil və mənəvi dəyərlərə üstünlük verən bir insan kimi qayıdır, bağışlanmasını dəyərləndirir.

“Yeni il ərəfəsində bu qərarın qəbul edilməsi minlərlə ailə üçün sevinc və ümid mənbəyinə çevriləcək. Sənədin icrası nəticəsində məhkum olunmuş şəxslərin bir qisminin cəzası yüngülləşdiriləcək, bir qismi isə azadlığa buraxılacaq. Bu isə cəmiyyət daxilində sosial həmrəyliyin və humanizm prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Prezidentin rəhbərliyi altında mütəmadi olaraq imzalanan əfv sərəncamları və amnistiya aktları ölkədə demokratikləşmə prosesinin davamlı xarakter daşıdığını göstərir. Bu addımlar insan hüquqlarının qorunması, vətəndaşların dövlətə olan etimadının artırılması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mütərəqqi təşəbbüslər kimi qiymətləndirilir”, -deyə müsahibimiz əlavə edib. Vurğulayıb ki, bu addımı ilə İlham Əliyev bütün mənalarda Qalıb və Müzəffər Prezident olduğunu real həyatda göstərdi.

S.Qurbanov qeyd edib ki, son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Dövlət başçısı bu ənənələrinə sadiqliyini nümayiş etdirərək 15 dekabr 2025-ci ildə Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb”.

Deputat bildirirb ki, bağışlamaq və əfv etmək ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amil kimi bütün cəmiyyətlərdə həmişə yüksək qiymətləndirilib: “Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində “bağışlamağın” ən qüdrətli adamlara xas olan xüsusiyyət olması haqqında yüzlərlə nümunələr var. Prezident İlham Əliyev də öz qüdrətini azadlıqdan məhrum edilənləri bağışlamaqla göstərdi”.

Seçilən
48
1
azertag.az

2Mənbələr