AZ

Beş il ərzində işğaldan azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ildə 8799 ədəd, 2021-ci ildə 19561 ədəd, 2022-ci ildə 12913 ədəd, 2023-cü ildə 8529 ədəd, 2024-cü ildə isə 6658 ədəd olmaqla, ümumilikdə 5 il ərzində 56460 ədəd mina zərərsizləşdirilib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri statistik icmalında əks olunub.

Bunlardan 21122-si tank əleyhinə, 35338-i isə piyada əleyhinə minalardır.

2020-2024-cü illər ərzində Ağdam rayonunda 17030 ədəd, Füzuli rayonunda 15528 ədəd, Cəbrayıl rayonunda 8913 ədəd, Tərtər rayonunda 4253 ədəd tank və piyada əleyhinə minalar zərəsizləşdirilib.

İşğldan azad olunandan 2024-cü ilin sonunadək Xocalıda 27993 ədəd, Xocavənddə 15003 ədəd, Cəbrayılda 12304 ədəd, Xankəndidə 12038 ədəd digər partlayıcı sursatlar zərərsizləşdirilib.

2020-2024-cü illər ərzində işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursatların təmizlənməsi nəticəsində ümumilikdə 179791,9 hektar sahə təhlükəsiz vəziyyətə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
2
olaylar.az

3Mənbələr