Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
Bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib.
Aktrisanın ölüm səbəbi bildirilməyib.
Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.
Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb.
Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.
Xatırladaq ki, Vladimir Menşov əslən bakılı olub.
APA
Tarix: 25 Dekabr 2025, 16:09