ain.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milyonlarla izləyici auditoriyası olan "Euronews" telekanalı "Green" rubrikası çərçivəsində "Spotlight" ("Diqqət mərkəzində") bölümündə Azərbaycan paytaxtındakı şəhər mobilliyi sistemində baş verən sürətli dəyişikliklərə həsr olunan reportaj yayımlayıb.
Operativ Media xəbər verir ki, "Euronews"un Azərbaycan nümayəndəliyinin açılmasından sonra ölkəmizin ictimai-siyasi həyatındakı mühüm hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında yaranan müsbət meyillər bu aktual mövzuda da özünü göstərib. "Bakı şəhər mobilliyini avtomobillərə deyil, insanlara yönəlməklə necə dəyişir" adlı videoreportajda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər müvafiq qurumlar tərəfindən son illərdə həyata keçirilən və paytaxtın nəqliyyat simasını tamamilə dəyişən irimiqyaslı işlərdən bəhs edilir.
Reportajın ana xəttini Bakının nəqliyyat sistemindəki inqilabi transformasiyanın paytaxtın dayanıqlı şəhər həyat tərzinə — insanyönümlü küçələrdən tutmuş inteqrasiya olunmuş mobillik və elektrobuslara qədər hazırlığını əks etdirməsi ideyası təşkil edir.
Müəlliflər vurğulayırlar ki, Bakı mobilliyi daha rahat və dayanıqlı bir şəhər qurmaq üçün əsas həll yolu kimi yenidən nəzərdən keçirir: paytaxt boyu küçələr və ictimai məkanlar piyadaların, velosipedçilərin və ictimai nəqliyyatın üstünlüyü qorunmaqla yenidən layihələndirilir. Bu prosesdə avtobus zolaqları, velosiped yolları mühüm rol oynayır.
Sakinlər bildirirlər ki, bu dəyişikliklər yolda keçən vaxtı qısaldır, xərcləri azaldır və rifahı yaxşılaşdırır. Gündəlik gediş-gəliş üçün velosiped və skuter seçənlərin sayı getdikcə artır. Mikromobilliyə, elektrobuslara və müvafiq infrastruktura qoyulan investisiyalar ictimai nəqliyyatın simasını dəyişərək daha təmiz, əlçatan və insanyönümlü şəhər hərəkətinə keçidi sürətləndirir.
Reportajda, həmçinin AYNA-nın planları barədə məlumat verilir: 2030-cu ilə qədər hər il elektrik və CNG mühərrikli yeni nəqliyyat vasitələri alınmaqla Bakıda tamamilə "yaşıl" avtobus parkı formalaşdırılacaq. Bu, xüsusilə 2026-cı ilin mayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq kontekstində böyük əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.