AZ

Nigar Sultanovadan yarım milyonluq DƏLƏDUZLUQ - Saxta kosmetoloqun işi istintaqda olsa da əməllərindən əl çəkmir - ŞİKAYƏT

Kosmetoloq kimi fəaliyyət göstərən Nigar Sultanova ayrı-ayrı vaxtlarda etibardan istifadə edərək bir çox insanlara 500 min manat çivarında pul alaraq aldadıb. Dələduzluğun qurbanına çevrilən şəxlərdən biri bildirib ki, Nigar Sultanovanın ona qarşı törətdiyi əməllə bağlı hüquq - mühafizə orqanlarına şikayət etsəm də hələdə pulunu geri ala bilmir. Və, hələdə onu qoruyanlar var. Kosmetoloq illərdir saxta yollarla fəaliyyət göstərir. Əslində Nigar Sultanova  əczaçıdır.  Kosmetoloqiya ilə 

yaxından, uzaqda heç bir əlaqəsi və təhsili yoxdur. Yəni bu xanım həkim-kosmetoloq kimi fəaliyyət göstərə bilməz.Saxta yollarla əldə etdiyi kağız parçası ilə onlarla insanın etibarından istifadə edən Nigar Sultanova içində vəzifəli şəxslərin xanımları da olmaqla hər birinə müəyyən məbləğlər ataraq, ümumilikdə 500.000 min manat civarında vətəndaşlara zərər vurub.

Bununla yanaşı saxta kosmetoloqun işi istintaqda olsa da

həkim-kosmetoloq kimi fəaliyyətindən və zərərli əməllərindən əl çəkmir. Və, N.Sultanovanın həkim-kosmetoloq kimi fəaliyyətindəki qanunsuzluqlarla bağlı ittihamları və şikayətləri qəbul etmir.

Həkim-kosmetoloq Nigar Sultanovanın sosial şəbəkələrdə qanunsuz fəaliyyətin paylaşmaqla özünü reklam edir yenə də xəstələrini aldatmağa davam etməkdədir.

Həkim-kosmetoloq Nigar Sultanovanın fəaliyyəti ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, sözügedən sənəd N.Sultanovaya T.e.d. Qasımov Nazim Akif oğlu tərəfindən verilib. Məlumat üçün qeyd edək ki, Nazim Qasımov Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru olub. Az.DHTİ isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. 

Qanunla əczaçılıq ixtisasını bitirənlər kosmetoloji prosedurlar həyata keçirə biməzlər. Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğumuzun cavabında deyilir. Sorğumuza cavab olaraq oda bildirilib ki, Nigar Sultanova adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində də yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər

Qeyd edək ki, Nigar Sultanova 2016-cı ildən qanunsuz olaraq 2 nömrəli Tibb Baza Kollecində müəllim kimi, 2017-ci ildən isə "Laser Beauty" Klinikasında həkim-kosmetoloq kimi fəaliyyət göstərib.

Araşdırmamız davam edir.

Seçilən
11
paytaxt.org

1Mənbələr