ain.az, Gununsesi saytına istinadən bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsini Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının bərpası üçün hazırlıq işlərinə başlanması vacibdir.
Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, İcevan, Yerasx və Axurik istiqamətləri üzrə bəzi dəmir yolu xətləri artıq gündəmə gətirilib. Hazırda bu xətlərin açılması ilə bağlı konkret siyasi qərar yoxdur, lakin regional proseslər texniki və hazırlıq işlərinə başlamağı zəruri edir.
Politooq Elxan Şahinoğlu deyib ki, Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi odur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryollları Rusiya Dəmiryolları İdarəsinə satıb.
O əlavə edib ki, Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib:
“Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq”.
Elxan Şahinoğlu vurğulayıb ki, əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələni uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.