Çin ordusu Tayvanla bağlı istənilən təxribata dərhal və qətiyyətlə cavab verməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqan bildirib.
O, Xalq Azadlıq Ordusunun (XAO) daim döyüş hazırlığında olduğunu açıq şəkildə bildirib.
Pekin Tayvanı daim öz ərazisinin ayrılmaz hissəsi kimi görür. Çinin rəsmi mövqeyinə görə, "vahid Çin" prinsipi tanınmadan onunla diplomatik münasibətlərin qurulması və ya davam etdirilməsi mümkün deyil.
"XAO daim hazırlıq vəziyyətindədir, istənilən an döyüşməyə hazırdır və Tayvanın müstəqilliyinə və xarici müdaxiləyə yönəlmiş hər hansı bir separatizm cəhdini qətiyyətlə yatırmaqla qələbə qazanacağına zəmanət verir", - deyə Syaoqan bildirib.