AZ

Bu il Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlarqeydə alınıb.

Trend xəbərverir ki, bunu bu gün AMEA nəzdində RSXM-nin baş direktoru,AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan MilliElmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindəAMEA-nın Yer Elmləri bölməsinin və RSXM -nin birgə iclacındabildirib.

Onun sözlərinə görə, 2025-ci ildə rəqəmsal məlumatlar əsasındaseysmikliyin analizi aparılıb:

"Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlarqeydə alınıb", - o, əlavə edib.

Seçilən
62
3
az.trend.az

10Mənbələr