AZ

Səhiyyə Nazirliyi elektron siqaretlərlə bağlı məsələyə aydınlıq gətirib

Bakı. Trend:

Elektron siqaretlər adi siqaretlərdən "daha az zərərli" məhsulkimi reklam edilsə də, bu onların "təhlükəsiz" olduğu mənasınagəlmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyiİctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıqşöbəsinin müdiri Tofiq Musayev bildirib.

Heç vaxt siqaret çəkməyənlər arasında elektron siqaretnikotin asılılığına giriş qapısı rolunu oynayır

Onun sözlərinə görə, belə iddiaların arxasında bir neçə məsələdurur:

"Adi, yəni ənənəvi siqaret yandıqda çoxsaylı, o cümlədən toksikvə xərçəng yaradan kimyəvi maddə və birləşmələr ifraz edir.Elektron siqaretlərdə yanma prosesi olmadığı üçün bu zəhərlimaddələrin bir qismi (məsələn, qatran və dəm qazı) ya yoxdur, ya dadaha az miqdardadır. Lakin bu, müqayisəli bir azalmadır, çünkielektron siqaretlərin istifadəsi ilə orqanizmə daxil olan digərmaddələr kifayət qədərdir və hələ də ciddi risk daşıyır. Bir çoxelektron siqaret isə adi siqaretdən daha yüksək konsentrasiyalınikotin təqdim edir. Bu da asılılığı azaltmaq əvəzinə, onu daha dadərinləşdirir. Bir çox insan elektron siqaretə tütünü tərgitməküçün başlayır. Lakin araşdırmalar göstərir ki, istifadəçilərinböyük bir hissəsi həm adi, həm də elektron siqaret istifadə etməyədavam edir. Digər tərəfdən isə, heç vaxt siqaret çəkməyənlərarasında elektron siqaret nikotin asılılığına giriş qapısı rolunuoynayır".

Elektron siqaretlərin qapalı məkanlarda zərərsiz olduğudüşüncəsi ən böyük səhvlərdən biridir

Tofiq Musayev qeyd edib ki, aromatik qoxular və tüstününolmaması insanlarda təhlükəsizlik hissi yaradır, lakin elmi faktlarbunun əksini göstərir:

"İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifrazetdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçikhissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəngyaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan biraerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüsedilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatıolmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Buultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqdaağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçəbilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürəkvə nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalarasəbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakısəthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotinvə kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidənqarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən,uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passivşəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyərinkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsirgöstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə döləkeçərək inkişaf riskləri yarada bilər.

Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda "Tütünməmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunaəsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu odeməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalıictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandırvə cərimə sanksiyaları nəzərdə tutulur".

Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyərzədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskiniartırır

Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərinisağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:

"Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki,elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar vəkimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddixəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrəsəbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcantəbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALIsindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərintərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyəqulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxarvasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir.Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin əndərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir vəağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərinoksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Buvəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury)adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinədad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan birkimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçikbronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdəbuna "popkorn ağciyər" ya da “bronxiolit obliterans” deyilir.Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüsçatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcıspiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağırmetalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bumikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasınayapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxiliorqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır.Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dairallergiyaların yaranmasına və ya belə halların, o cümlədən astmaxəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tezmüşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağızboşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də cidditəsirə məruz qalır".

Seçilən
71
2
az.trend.az

3Mənbələr