AZ

Paşinyan TRIPP layihəsindən danışdı – Nə vaxt reallaşacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP (“Tramp Marşrutu”) adlı irimiqyaslı layihənin həyata keçirilməsi zamanı yaranan çətinliklərə toxunub.

KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, böyük infrastruktur layihələri həmişə yeni suallar doğurur və bu baxımdan TRIPP də istisna deyil.

Paşinyanın sözlərinə görə, Ermənistan indiyədək əsasən kiçik və sadə layihələrlə işləyib, bu tip layihələrdə isə problemləri əvvəlcədən görmək daha asan olur. Lakin TRIPP kimi genişmiqyaslı təşəbbüslərdə hər həll olunan məsələ yeni suallar yaradır.

“Bir məsələni həll edirsən, masa üzərində qalan daha dörd yeni sual ortaya çıxır. TRIPP o qədər böyük layihədir ki, dəmir yolu, qaz kəməri, neft kəməri, elektrik ötürücü xətlər və digər komponentlər işə düşəndən sonra da üzərində işlənməli məsələlər qalacaq”, – deyə Paşinyan vurğulayıb.

O, layihəyə məhz bu yanaşma ilə baxmağın vacibliyini qeyd edib. Baş nazirin fikrincə, qısa məsafəli yolun bütün mərhələlərini əvvəlcədən görmək mümkün olsa da, uzun və mürəkkəb yolun sonunu yalnız mərhələlərlə irəlilədikcə görmək olar.

Paşinyan əlavə edib ki, hazırkı mərhələdə TRIPP layihəsi ilə bağlı aktual olan bütün əsas suallar artıq aydınlaşdırılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
44
konkret.az

1Mənbələr