AZ

Qarabağ Universitetinin yeni Biznes və İqtisadiyyat fakültəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq

Xankəndi. Trend:

Qarabağ Universitetinin yeni açılan Biznes və İqtisadiyyatfakultəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq.

Bu fikirləri Trend-in bu gün Xankəndinə ezam olunan əməkdaşınaBiznesə və İqtisadiyyat fakultəsinin dekanı Kamran Məlikovaçıqlamasında bildirib.

Onun sözlərinə görə, Qarabağ Universitetinin Biznes vəiqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılmasıistiqamətində əsas struktur bölmələrdən biridir:

"Fakültədə hazırda 20 professor – müəllim, inzibati və texnikiheyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbəbakalavriat səviyyəsində 7 ixtisas - maliyyə, mühasibat uçotu,dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, menecment,beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsilalır. Tədris binasında 40 auditoriya, kitabxana, oxu və akt iclaszalları, kompüter laboratoriyaları, inzibati otaqları mövcuddur.Yaradılmış şərait pedaqoji potensialının gücləndirilməsinə,tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək fəaliyyətləringenişləndirilməsinə imkan yaradacaq".

O qeyd edib ki, Biznes və İqtisadiyyat fakültəsinin yeni tədrisbinasının istifadəyə verilməsi universitetdə müasir səviyyədəformalaşdırılması istiqamətində atılan mühüm addımlardanbiridir.

Qeyd edək ki, hazırda Qarabağ Universitetində 34 ixtisas üzrə 7fakültədə 2154 tələbə təhsil alır.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

2Mənbələr