AZ

Fənərbağça klubunun prezidenti Sadettin Saran ifadə verib: Məhkəmə qərar qəbul etdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə "Narkotik maddələrlə təmin etmək" və "Narkotik istifadəsini asanlaşdırmaq" ittihamları ilə ötən gecə saxlanılan "Fənərbağça" klubunun prezidenti Sadettin Saran bu gün məhkəmədə ifadə verib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, Sadettin Saran jandarm qruplarının müşayiəti ilə əvvəlcə sağlamlıq yoxlaması üçün xəstəxanaya aparılıb, daha sonra gecəni İstanbul Vilayət Jandarm Komandanlığında keçirib.

Orada prosedurlar tamamlandıqdan sonra İstanbul Məhkəməsinə çıxarılıb. Onun ifadə vermə prosesi təxminən iki saat davam edib. Saran prokurorluqda ifadəsindən sonra nəzarət tələbi ilə məhkəməyə göndərilib. Sadettin Saran məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. O, bazar ertəsi və cümə axşamı günləri təyin olunmuş yerlərdə imza atacaq.

"Onun azad ediləcəyinə əmin idik, azarkeşlərimizə çox təşəkkür edirik", - deyə "Fənərbağça" İdarə Heyətinin üzvü Ertan Torunoğulları qərardan sonra verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, "Fənərbağça"nın vitse-prezidenti Murat Salar, "Fənərbağça"nın İdarə Heyətinin üzvləri Ertan Torunoğulları və Ali Gürbüz, digər "Fənərbağça" idarəediciləri və azarkeşləri ilə birlikdə Sadettin Sarana dəstək üçün məhkəmə binasına toplaşmışdılar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
oxu.az

1Mənbələr