Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Pravda.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə köçürülən 83 nəfərdən ibarət 20 ailəyə və Xanyurdu kəndinə köçürülən 50 nəfərdən ibarət 12 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Fotoları təqdim edirik
Tarix: 25 Dekabr 2025, 16:29







