AZ

Çin ABŞ-ı müdafiə strategiyasını qəsdən təhrif etməkdə ittiham edib

Çin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyini (Pentaqon) Çinin müdafiə strategiyasını bilərəkdən təhrif etməkdə ittiham edib.

Editor.az xəbər verir ki, bu barədə Çin XİN-in sözçüsü Lin Tsyan (Lin Jian) brifinq zamanı açıqlama verib. O bildirib ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı hesabatlar Çinin müdafiə siyasətini qəsdən yanlış təqdim edir və bu sənədlər Pekinin üçüncü ölkələrlə münasibətlərində gərginlik yaratmaq məqsədilə alətə çevrilir.

“Bu Amerika hesabatı Çinin müdafiə siyasətini təhrif edir və digər ölkələrlə münasibətlərdə anlaşılmazlıqlara səbəb olur”, – deyə diplomat vurğulayıb.

Lin Tsyan əlavə edib ki, Pentaqonun təqdim etdiyi bu cür hesabatlar eyni zamanda ABŞ-ın qlobal hərbi hegemoniyasını qoruyub saxlamaq üçün bəhanə rolunu oynayır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
67
editor.az

1Mənbələr