AZ

Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.

Ucnoqta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 12,2 faiz çoxdur.

Bildirilib ki, ödəniş kartlarında debet kartlarının sayı 14,7% artıb, kredit kartlarının sayı isə 6,7% azalıb.

"Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, noyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb. 2025-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7940 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6948 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib", - məlumatda vurğulanıb.

Seçilən
5
2
ucnoqta.az

10Mənbələr