Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Milad münasibətilə müraciətində Ukraynadakı münaqişənin 2026-cı ildə həll olunacağına ümid etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsində yazıb.
"Biz xüsusilə Ukraynadakı dostlarımız haqqında düşünürük. Ümid edirik ki, gələn il nəhayət ədalətli və davamlı bir sülh, nəticədə isə Birliyimiz üçün təhlükəsiz və firavan bir gələcək gətirəcək", - Lyayenin paylaşımında qeyd olunub.
Adəm