AZ

"İnter" "Qarabağ"ın rəqibindən onu icarəyə götürür

BAKI, 25 dekabr. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun futbolçusu Federiko Kyeza komandasını dəyişə bilər.

Teleqraf məşhur insayder Alfio Musmarraya istinadən xəbər verir ki, 28 yaşlı vinger İtaliya "İnter"inin hədəfinə düşüb.

"Neradzurri" qış transfer pəncərəsində Kyezanı icarəyə götürmək fikrindədir.

Qeyd edək ki, Federiko Kyeza cari mövsüm ərzində 17 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

"Liverpul" UEFA Çempionlar Liqasının VIII turunda "Qarabağ"la qarşılaşacaq.

Seçilən
14
teleqraf.com

1Mənbələr