“Traktor”un İran kubokunun 1/16 finalında əzəli rəqibi “Persepolis”i penalti seriyasında məğlub etməklə 1/8 finala vəsiqə qazandığını xəbər vermişdik.
“Football-plus.az” xəbər verir ki, İran Futbol Federasiyasının İntizam Komitəsi qələbəni təbrizlilərin “burnundan gətirib”. Belə ki, “Traktor” cari mövsümdə ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynamalıdı. Təbriz klubuna 3 milyard tümən cərimə kəsilib, həmçinin 12 lider azarkeşinə 6 ay müddətinə stadiona giriş qadağası qoyulub. Bu da son deyil!
“Traktor” gələn mövsüm ölkə kubokunda “Persepolis”ə qarşı oynayarsa, azarkeşləri stadiona buraxılmayacaq. Halbuki ötən mövsüm “Persepolis” azarkeşləri türklərin ünvanına irqçi şüarlar səsləndirilmiş, amma həmin kluba münasibətdə heç bir ciddi cəza tətbiq olunmamışdı!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta