Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin Bursa şəhərində boşanan bir kişinin atdığı qeyri-adi addım sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, kişi boşanmasını qeyd etmək məqsədilə insanlara ehsan paylayıb.
Yayılan videolarda onun ətrafdakı şəxslərə ehsan təqdim etdiyi və bu addımını xüsusi sözlərlə şərh etdiyi görünür.
O, "Boşandım, qurtuldum. Əl-Fatihə deyirik, Allah qəbul etsin. Bir də belə insanların qarşıma çıxmağı nəsib olmasın", - deyə bildirib.
Hadisə qısa müddətdə sosial şəbəkələrdə yayılaraq böyük maraq doğurub. İstifadəçilərin bir qismi bu davranışı təəccüblə qarşılayıb, digərləri isə kişinin addımını yumorla və ya tənqidi şəkildə şərh edib.
Qeyri-adi hadisə sosial mediada gündəm mövzusuna çevrilib.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.