AZ

Tacikistan-Əfqanıstan sərhədində atışma: 5 nəfər ölüb

Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

İki Tacikistan sərhədçisi də daxil olmaqla beş nəfər həlak olub.
Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTXK) məlumatına görə, 23 dekabr axşamı Əfqanıstandan olan “terror təşkilatının üç üzvü” sərhədi keçib. Döyüş əməliyyatı nəticəsində hər üç terrorçu zərərsizləşdirilib. Hadisə yerindən üç M-16 odlu silah və bir Kalaşnikov avtomatı, səsboğuculu üç xarici istehsal tapançası, 10 əl qumbarası, bir gecə görmə cihazı, partlayıcı maddələr, eləcə də digər sursat və hərbi texnika müsadirə edilib”, – Tacikistan DTXK bildirib.

İddialara görə, bu, son bir ayda Əfqanıstandan mülki şəxslərin və hərbçilərin ölümünə səbəb olan üçüncü silahlı hücum və qanunsuz sərhəd keçididir. Dövlət Milli Təhlükəsizlik Komitəsi bildirib ki, “bu faktlar Taliban hökumətinin beynəlxalq öhdəliklərini və Tacikistan Respublikası ilə dövlət sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, eləcə də terror təşkilatlarının üzvləri ilə mübarizə aparmaq üçün verdiyi dəfələrlə verdiyi vədləri yerinə yetirməkdə acizliyini, ciddi və təkrarlanan məsuliyyətsizliyini açıq şəkildə nümayiş etdirir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
77
editor.az

1Mənbələr