Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tovuz, 25 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda "Məktəblərarası əməkdaşlıq" layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi məktəblərarası işgüzar münasibəti gücləndirmək, sahə üzrə çatışmazlıqları aradan qaldırmaq, motivasiya və işgüzar dəstək mühiti formalaşdırmaqdır.
Layihə çərçivəsində Tovuz rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ibarət 16 qrup formalaşdırılıb. Qrup əməkdaşları mütəmadi qrupa daxil olan məktəblərə işgüzar səfərlər edəcək, məktəb sənədlərinin düzgün işlənilməsi, davamiyyət, nizam-intizam qaydaları ətrafında müzakirələr edəcək və dərs dinləmələrinə qatılacaqlar. Hər ay sonu qrupların hesabatları dinləniləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.