AZ

Səfir Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilmişdir.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif olunmuşdur.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov medalları Qismət Gözəlova təqdim etmişdir.

Seçilən
31
4
turkic.world

10Mənbələr