AZ

İsraildə İrana casusluqda şübhəli şəxs saxlanılıb

Bu gün İsrail Kəşfiyyat və Təhlükəsizlik Agentliyi (Şabak) və polis İrana casusluq ittihamı ilə bir İsrail vətəndaşını saxladı. Vətəninfo.az xəbər verir ki, şübhəli Rişon Lezion şəhərində yaşayır.

40 yaşlarında olan şəxs son aylarda İran kəşfiyyatına bağlı şəxslərlə əlaqə saxlayaraq onların göstərişi ilə müxtəlif kəşfiyyat tapşırıqlarını yerinə yetirib. Bu tapşırıqlar arasında keçmiş baş nazir Naftali Bennetin evi də daxil olmaqla bir sıra həssas obyektlərin görüntülərinin çəkilməsi də olub.

Təhlükəsizlik orqanları bildirir ki, şübhəli məlumat toplamaq məqsədilə avtomobilə quraşdırılmış kameradan istifadə edib və əldə etdiyi informasiyaları ölkə xaricinə ötürüb. Şabakın açıqlamasına görə, bu fəaliyyətlərə görə o, pul da alıb.

Seçilən
29
veteninfo.az

1Mənbələr