AZ

Zəngəzur dəhlizinin açılması... ŞƏRH

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ müharibəsindən sonra Azərbaycan regionda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Şərq–Qərb istiqamətində yüklərin daşınmasında ölkəmiz aparıcı rol oynayır. Əgər əvvəllər bu proseslərdə maliyyə və logistika baxımından müəyyən məhdudiyyətlər var idisə, hazırda daşımalar xeyli sürətlənib".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. "Son dövrlərdə Çindən Avropaya yük daşımalarında Azərbaycan əsas tranzit ölkə kimi çıxış edir. Bu, Azərbaycanın iqtisadi göstəricilərinin yüksəldiyini və tranzit ölkə kimi əhəmiyyətinin artdığını göstərir. Paralel olaraq Zəngəzur dəhlizinin strateji əhəmiyyəti də bir daha ön plana çıxır".O bildirib ki, Zəngəzur dəhlizinin açılması Çin və Avropa arasında iqtisadi əlaqələrin daha sürətli inkişafına mühüm töhfə verə bilər:"Bu, həm də Çin investorlarının Azərbaycana marağını artırmaq üçün əlavə imkanlar yaradar.

Azərbaycanın nəqliyyat infrastrukturu yüksək səviyyədə inkişaf edib və ölkə ticarət baxımından güclü mövqeyə malikdir. Bu imkanlar Azərbaycanın Şərqlə Qərb arasında əsas iqtisadi və logistika körpüsü kimi rolunu daha da möhkəmləndirir.

Ümumilikdə, qarşıdakı mərhələdə ölkələr arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi istiqamətində müsbət addımların atılması üçün real zəmin mövcuddur".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
demokrat.az

1Mənbələr