AZ

The Economic Times: Hindistan YDM-lərin sayına görə dünyada üçüncü olub

Hindistan ABŞ və Çindən sonra yanacağın pərakəndə satışı üzrə şəbəkələrin sayına görə dünyada üçüncü yeri tutub. Bu barədə “The Economic Times” qəzeti “Indian Oil Corporation” (IOC) məlumatlarına istinadən xəbər verir.

Statistikaya görə, Hindistanda 100 mindən çox avtomobil yanacaqdoldurma məntəqəsi (AYDM) fəaliyyət göstərir. ABŞ və Çində isə onların sayı hər birində təxminən 110–120 min təşkil edir.

Son on ildə Hindistanda AYDM-lərin sayı demək olar ki, iki dəfə artıb. Bu artım dövlət neft şirkətlərinin artan nəqliyyat vasitələri tələbatını ödəmək və kənd bölgələrində yanacağa çıxışı təmin etmək məqsədilə pərakəndə yanacaq satışını genişləndirməsi ilə əlaqədardır. Hazırda Hindistanın aqrar bölgələrinin payına ölkə üzrə AYDM-lərin 29%-i düşür, halbuki 10 il əvvəl bu göstərici 22% idi.

Hindistandakı AYDM-lərin təxminən üçdə biri sıxılmış təbii qazla (CNG) yanacaqdoldurma və elektromobillər üçün enerji doldurma xidmətləri təklif edir. Bununla belə, bir satış məntəqəsi üzrə dizel yanacağının orta satış həcmi benzinin satış həcmini demək olar ki, iki dəfə üstələyir ki, bu da nəqliyyat və logistika sahəsində dizel yanacağından asılılığın hələ də qorunduğunu göstərir, IOC qeyd edir.

Korporasiyanın məlumatına görə, son on ildə Hindistanda benzinin istehlakı 110%, dizel yanacağının istehlakı isə 32% artıb. Bu yanacaq növlərinin ümumi istehlak həcmi isə təxminən 50% yüksəlib.

Seçilən
4
banker.az

1Mənbələr